Sabunçu rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Bakı şəhər sakini Pərviz Əliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən 20-25 yaşlı qadını vurub.
Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır./report
Tarix
23 May 2020 [11:45]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin