Qazaxa dolu düşüb

22:37 - 22 May 2020 - ÖLKƏ İÇİ

Mayın 22-si saat 20:20-də Qazax rayonunun Birinci Şıxlı, İkinci​ Şıxlı və Yuxarı Salahlı kəndlərinə dolu düşüb, təxminən 10 dəqiqə davam edib.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, hadisə stansiyadan və məntəqələrdən kənarda​ olduğundan dolunun diametrini​ ölçmək mümkün olmayıb.

Proses güclü şimal-qərb küləyi və leysan xarakterli yağışla müşayiət edilib.

Xəbər xətti