“Mall”ların açılacağı gözlənilir

18:49 - 22 May 2020 - Xəbər

“Növbəti yumşalma mərhələsində “mall”ların açılması gözlənilir”.

Bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
“Hazırda açıq havada idman yarışlarının keçirilməsi müzakirə olunur. Bununla belə açıq havada maskadan istifadə tövsiyə olunur, qapalı yerlərdə isə mütləqdir. Bu qaydanı pozanlara hətta cərimələr də tətbiq oluna bilər”, - İ.Məmmədov deyib.///report

Xəbər xətti