TƏBİB: Bir reyslə Azərbaycana gələn şəxslərin 30 faizində koronavirus aşkarlandı

“Ağırlaşan və ölümlə nəticələnən faktların çoxu evdə özlərini müalicə etmək istəyənlərlə əlaqəlidir”.


Bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

R.Bayramlı qeyd edib ki, evə özünü müalicəyə cəhdin qarşısı mütləq alınmalıdır.

O vurğulayıb ki, hazırda ölkədə 1 139 nəfər karantindədir: “Xaricdən Azərbaycana gələnlər arasında virusa yoluxanların sayı 20 faizdən çoxdur. Bu həftə 662 vətəndaş xaricdən gəlib. Hətta bir reyslə gələn şəxslər arasında yoluxma 30 faiz təşkil edib”./report

Tarix
22 May 2020 [17:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-05-22 17:48:33
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin