Bakıda kişi arvadını liftdə öldürdü

10:29 - 22 May 2020 - HADİSƏ

Bakıda qətl hadisəsi baş verib.

Hadisə mayın 21-i saat 21 radələrində qeydə alınıb. Binəqədi rayonu, Cavadxan küçəsində yaşayan 1980-cı il təvəllüdlü Hafiz Əsgərov qısqanclıq zəminində binanın liftində arvadı, 1980-cı il təvəllüdlü Könül Əsgərovaya bir neçə bıçaq zərbəsi vuraraq öldürüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.///qafqazinfo

Xəbər xətti