Moskvada karantin rejimi yumşaldılır

08:03 - 22 May 2020 - DÜNYA

Rusiyanın paytaxtı Moskvada koronavirus epidemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlərin yumşaldılmasının birinci mərhələsi elan edilib.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şəhər meri Sergey Sobyanin məlumat verib. Onun sözlərinə görə, Moskvada vəziyyətin inkişafı üçün ən pis ssenaridən qaçmaq mümkün oldu:
“Yoluxma faktı üzrə xəstələrin sayında azalma başlayıb. Xəstəxanalardan daha çox insanlar buraxıldı. Hesab edirəm, bu şərtlər daxilində biz iqtisadiyyatın tədricən “açılmasına” və şəhər təşkilatlarının yenidən fəaliyyətinə davam edə bilərik”.

Xəbər xətti