Moskvada son bir gündə 68 nəfər koronavirusun qurbanı olub

03:21 - 21 May 2020 - DÜNYA

Rusiyanın paytaxtı Moskvada son bir gündə daha 68 nəfər koronavirusun qurbanı olub. "Report" xəbər verir ki, bu barədə ölkənin Koronavirusa qarşı Mübarizə üzrə Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargahı bildirib.   Qeyd edilir ki, bununla paytaxtda COVID-19 qurbanlarının sayı 1 800 nəfərə çatır.   "Moskvada pnevmaniya diaqnozunun qoyulduğu və koronavirus analizlərinin müsbət nəticə verdiyi 69 pasiyent ölüb", - deyə qərargahın məlumatında bildirilir. Beləliklə, paytaxtda COVID-19 qurbanlarının sayı 1 794 nəfərə çatıb. Qeyd edək ki, ötən gün Moskvada 75 nəfərin təhlükəli virusun qurbanı olduğu bildirilirdi.

Xəbər xətti