Bakıda "Mercedes" qəzaya düşüb

03:02 - 21 May 2020 - HADİSƏ

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Hüseyn Rəsulbəyov küçəsində qeydə alınıb. "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq dəmir yolu xəttinin mühafizə çəpərlərinə çırpılıb. Sürücü yüngül bədən xəsarətləri alıb. Faktla bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Xəbər xətti