Türkiyənin 15 bölgəsində giriş-çıxış qadağası uzadıldı

15:21 - 19 May 2020 - DÜNYA

Türkiyənin 15 bölgəsində koronavirus pandemiyası səbəbindən giriş və çıxışlara qoyulan iyunun 3-dək uzadılıb.

Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi açıqlama verib. Qadağanın davam edəcəyi 15 bölgəyə İstanbul, Balıkesir, Bursa, Eskişehir, Gaziantep, İzmir, Kayseri, Kocaeli, Konya, Manisa, Sakarya, Samsun, Van və Zonguldak daxildir.

Qeyd edək ki, Türkiyədə 150 593 insan koronavirusa yoluxub, 4 171 nəfər isə xəstəlik səbəbindən həyatını itirib.///qafqazinfo

 

Xəbər xətti