“Brent” neftinin qiyməti 35 dolları ötdü

Dünya bazarında xam neftin qiymətləri yenidən artıb.

Bakı vaxtı ilə saat 18:42-ə olan məlumata görə, Londonun "ICE Futures" birjasında “Brent markalı neftin iyul fyuçerslərinin bir barelinin qiyməti 8,09% artaraq 35,13 ABŞ dolları təşkil edib. Bu markalı neftin qiyməti sonuncu dəfə aprelin 9-da 35 ABŞ dollarından yuxarı olmuşdu.

Nyu-Yorkun “Nymex” əmtəə birjasında WTI markalı neftin iyun fyuçerslərinin bir barelinin qiyməti 9,7% artaraq 32,39 ABŞ dolları olub.///report

Tarix
18 May 2020 [22:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-05-18 22:00:55
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Xüsusi karantin rejiminə əməl edirsiniz?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin