Hikmət Hacıyev: Ermənistan aqressiv ritorikası ilə ATƏT Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə zərbə vurur

Ermənistan öz aqressiv ritorikası ilə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə fəaliyyətinə zərbə vurur.

Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “EurActiv” portalına müsahibəsində deyib. O, danışıqlarda irəliləyiş üçün Yerevanın konstruktiv fəaliyyətinin olmamasından təəsüfləndiyini bildirib:
“Ermənistan danışıqlar prosesindən geri çəkilir”.

H.Hacıyevin sözlərinə görə, münaqişənin yeganə həll yolu Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması, erməni qoşunlarının çıxarılması və məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasından başlayaraq mərhələli nizamlanmasıdır.
O bildirib ki, işğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər” bir daha göstərdi ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejim cinayətkar birləşmədən, Ermənistanın siyasi rəhbərliyinin mafioz klanından başqa bir şey deyil.

Daha sonra H.Hacıyev qeyd edib ki, işğal olunmuş Dağlıq Qarabağda gümüş mədənlərinin istismarı və qiymətli metalların qanununsuz ixracı artıq ənənəyə çevrilib və bu sahədən qazanılan gəlir Ermənistanın siyasi rəhbərliyinin gizli fəaliyyətinin maliyyələşdirilməsi üçün istifadə olunur.///trend

Tarix
14 May 2020 [12:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-05-14 12:10:28
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Xüsusi karantin rejiminə əməl edirsiniz?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin