ÜTT baş direktoru vəzifəsini vaxtından əvvəl tərk edir

08:47 - 14 May 2020 - DÜNYA

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Robertu Azevedu müddətin 2021-ci ildə bitməsini gözləmədən bu vəzifədən istefa vermək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi bildirib. Məlumata əsasən, ÜTT başçısı artıq qərarı barədə təşkilata üzv ölkələrin nümayəndələrini xəbərdar edib. Qeyd olunur ki, Azevedunun səlahiyyətləri rəsmi olaraq bitənə qədər dörd müavindən biri müvəqqəti baş direktor vəzifəsinə təyin edilə bilər: Nigeriyalı Yonov Frederik Aga, Almaniyalı Karl Brauner, Amerikalı Alan Volf və çinli Yi Syaoçjun.

Xəbər xətti