BNA bu görüntülərlə bağlı açıqlama verdi - Video

15:57 - 13 May 2020 - Cəmiyyət

49 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusda normadan artıq sərnişin mindirilməsi ilə bağlı videogörüntülər nəzarətə götürülüb. 

Bu barədə“Qafqazinfo”ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilib ki, istər mövcud vəziyyətdə, istərsə də digər şəraitlərdə bu formada sərnişin daşınması qətiyyən yolverilməzdir:

“Görüntülərdən də məlum olduğu kimi sərnişindaşıma tələbləri xətt üzrə daşıyıcı “Azland-Plaza” MMC tərəfindən kobud şəkildə pozulub. Bununla bağlı, “Azland-Plaza” MMC-nin rəhbəri Azadxan Xanməmmədova ciddi xəbərdarlıq edilib.

Xüsusilə pandemiya dövründə bu qaydalara əməl etməyən daşıyıcılar barədə qanunvericiliyin tələbinə uyğun tədbirlər görüləcək.

Eyni zamanda sərnişinlərdən də xahiş edirik ki, avtobuslardan istifadə edərkən diqqətli olsunlar və sıxlıq yarada biləcək hərəkətlərdən çəkinsinlər”.

Xəbər xətti