Azərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidenti koronavirusdan öldü

10:50 - 13 May 2020 - İDMAN

Azərbaycan Güləş Federasiyasının (AGF) sərbəst güləş üzrə sabiq vitse-prezidenti və qadın güləşi üzrə milli komandanın keçmiş baş məşqçisi Maqomed Əliömərov koronavirus səbəbindən dünyasını dəyişib.

"Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı TASS agentliyinə açıqlamasında Rusiya Güləş Federasiyasının prezidenti Mixail Mamiaşvili bildirib.

M. Əliömərov 67 yaşında vəfat edib.

 

Xəbər xətti