Bakıda avtomobillərdən oğurluq edən şəxs saxlanıldı

16:40 - 8 May 2020 - HADİSƏ

Bakıda avtomobillərdən oğurluq edən şəxs aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 3 avtomobildən yan güzgüsü, təkər və akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Əliyev saxlanılıb.///trend

 

Xəbər xətti