Masazırda 15-ə yaxın mənzildən oğurluq edən 3 nəfər saxlanıldı- Foto

19:33 - 6 May 2020 - HADİSƏ

Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı mənzilləri qarət edən dəstə ələ keçirilib.

Balakən rayonunun Şambul kənd sakini 43 yaşlı Sərdar Bəyoğluyev tanışı, Bakı şəhər sakini 40 yaşlı Rövşən Abdullayev və Ağdam rayonunun Seyidli kənd sakini 48 yaşlı Soltan Məmmədovla qabaqcadan əlbir olaraq Abşeron rayonunun Masazır kəndində ümumilikdə 15-ə yaxın mənzildən oğurluq ediblər.

Dəstə üzvləri mənzillərdən məişət və elektrik avadanlıqları, su nasosu, televizor, təmir-tikinti alətləri aparıblar. Hər üç şəxs tutularaq polis idarəsinə gətirilib və istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.///report


Xəbər xətti