Gədəbəydəki insidentlə bağlı - Rəsmi açıqlama

“Gədəbəydə anews.az saytının müxbirinin DSMF rayon şöbəsində döyülməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin rəhbəri Fazil Talıbov yayıb.

O, bildirib ki, mayın 4-də saat 11:05-də Qənbərov Zaur Ələddin oğlu şöbənin inzibati binasında şöbə müdirinin müavini İbrahim Ələsgərovun otağına girərək onu təhqir edib:
“Səs-küyə sürücü İsfəndiyar Qələndərov otağa daxil olarkən onu da hədələyərək sürücüylə mübahisə edib. İdarənin müdirini və işçiləri təhqir edib. Hədə-qorxu gəlib. İdarənin iş ahəngini 40 dəqiqəyə yaxın pozub. Zaur Qənbərovla bağlı insidentə və onun hərəkətlərinə hüquqi qiymət verilməsi üçün DSMF-in yerli şöbəsi tərəfindən Gədəbəy rayon Prokurorluğuna müraciət olunub”.///qafqazinfo

Tarix
6 May 2020 [18:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-05-06 18:30:04
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Xüsusi karantin rejiminə əməl edirsiniz?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin