“Karantinin sərtləşdirilməsi vətəndaşların davranışlarından asılıdır”.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.
O deyib ki, bütün qaydalara düzgün riayət olunacaqsa, sərtləşdirmə olmayacaq: “Amma karantin qaydalarına əməl olunmaması nəticəsində yoluxma artarsa və xəstəxanalarda çox sıxlıq yaranarsa, biz karantin qaydalarının sərtləşdirilməsi üçün hökumətə müraciət edəcəyik”. ///qafqazinfo