Ucnoqta.az
www.ucnoqta.az

“Yoluxma artarsa sərtləşdirmə üçün hökumətə müraciət edəcəyik”

17:40 - 6 May 2020 tarixində dərc olunub.

“Karantinin sərtləşdirilməsi vətəndaşların davranışlarından asılıdır”.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.

O deyib ki, bütün qaydalara düzgün riayət olunacaqsa, sərtləşdirmə olmayacaq: “Amma karantin qaydalarına əməl olunmaması nəticəsində yoluxma artarsa və xəstəxanalarda çox sıxlıq yaranarsa, biz karantin qaydalarının sərtləşdirilməsi üçün hökumətə müraciət edəcəyik”. ///qafqazinfo

Müəllif: