Bakıda villa satılır- 15 milyona- FOTO

21:35 - 2 May 2020 - Xəbər

Bakının Tbilisi prospektində yerləşən iqamətgah 15 milyon manata satışa çıxarılıb.

Hit.Az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Qulu İbrahimli məlumat verib. Onun sözlərinə görə, dəbdəbəli mülk Rusiyada yaşayan azərbaycanlı neft milyarderi Vahid Ələkbərova məxsusdur:

“Rusiyanın "Lukoyl" neft şirkətinin prezidenti Vahid Ələkbərov Bakıdakı məşhur iqamətgahını 15 milyon manata (8,8 milyon dollar) satışa çıxarıb. Görünür, neftin qiymətinin kəskin düşməsi milyarderi Bakıdakı iqamətgahının saxlanması xərclərindən də azad olmağa vadar edib. Tbilisi prospekti, Avropa Oteli və Heydər Əliyev adına İdman Sarayının yaxınlığında yerləşən gözəl 3 mərtəbəli iqamətgah 36 sot torpaq sahəsinə və 1500 kvadratmetr ümumi tikili sahəsinə malikdir. İqamətgah xüsusi dizayn olunmuş mebellərlə, lampalar, qablar, rəsm əsərləri və s. ilə tam təchiz olunub. Yaxşı baxılmış mevə və dekorativ ağacları olan gözəl bağı var.”


Xəbər xətti