“Diplomatiya könüllüləri” üçün növbəti onlayn görüşlər keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycanda elan olunmuş “Könüllülər ili” çərçivəsində və hazırda ölkəmizdə tətbiq olunan karantin dövründə gənclərin zamanlarını səmərəli keçirməsi məqsədilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən bu qurumun nəzdində fəaliyyət göstərən “Diplomatiya könüllüləri” üçün təşkil olunmuş “Evdə qal mühazirələrdən qalma” adlı onlayn görüşlər bu həftə də davam etdirilib.

XİN-dən Ucnoqta.az-a verilən məlumata görə, növbəti həftə ərzində Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Tahir Tağızadə, YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov, Braziliyadakı səfiri Elxan Poluxov, Macarıstandakı səfiri Vilayət Quliyev, İtaliyadakı səfiri Məmməd Əhmədzadənin könüllülərlə videokonfransları baş tutub və səfirlər könüllüləri maraqlandıran çoxsaylı sualları cavablandırıblar.

Görüşlərdə Azərbaycanda dövlətimizin başçısı tərəfindən təşviq olunan könüllülər hərəkatının əhəmiyyətindən və Azərbaycanın xarici siyasətinin prioritetlərindən danışılıb, səfirlər tərəfindən akkreditə olunduqları ölkə və ya təşkilat ilə Azərbaycan arasındakı münasibətlərin geniş əməkdaşlıq gündəliyi barədə məlumat verilib.

Hazırda koronavirus infeksiyasının (COVID-19) dünya ölkələrində sürətlə yayıldığını nəzərə alaraq, pandemiyanın ölkələrin xarici siyasətinə və iqtisadiyyatına mümkün təsirləri görüşlər zamanı müzakirə edilib.
Videokonfranslar zamanı COVID-19-un ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Prezidentinin birbaşa rəhbərliyi altında Azərbaycan hökuməti tərəfindən görülən sistemli tədbirlərdən geniş bəhs olunub.

Azərbaycan hökuməti tərəfindən COVID-19-un ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə görülən işlərə dəstək və Azərbaycan gənclərinin evdə qalaraq sahə üzrə maarifləndirilməsinə töhfə olaraq, XİN tərəfindən bundan sonra da “Diplomatiya könüllüləri” üçün müvafiq görüşlərin təşkil edilməsi nəzərdə tutulur.

Tarix
2 May 2020 [16:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-05-02 16:01:53
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Xüsusi karantin rejiminə əməl edirsiniz?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin