“Ərim məni döyür” demək məşhur aparıcıya baha başa gəldi

16:52 - 27 Aprel 2020 - MAQAZİN

Bütün MDB ölkələrində məşhur olan “Orel i Reşka” şousunun aparıcısı Regina Todorenkonun məişət zorakılığı ilə bağlı söylədiyi “Ərim məni döyür” fikri rus mətbuatının manşet xəbərinə çevrilib.

Sosial mediada saysız-hesabsız müzakirələrə yol açan teleaparıcının qalmaqallı çıxışı ona baha başa gəlib.

Belə ki, “PepsiCo” şirkəti aparıcı ilə əməkdaşlıqdan imtina edib.

“Zorakılığa qəti şəkildə qarşıyıq. Şirkətimiz Regina Todorenko ilə əməkdaşlığı dayandırır”, - deyə “PepsiCo”nun telekommunikasiya və rabitə rəhbəri Aleksandr Kostikov açıqlama verib:

“Hələ ki aparıcı ilə bağlanmış müqavilə pozulmayıb, çünki bu, bir müddət çəkəcək. Buna baxmayaraq, Reginanın çəkildiyi brendin “J7” adlı içkisinin reklamı artıq efirdən çıxarılıb”.///oxu.az

Xəbər xətti