Ramazanın 2-ci gününün duası- imsak və iftar vaxtı

21:06 - 25 Aprel 2020 - Xəbər

Sabah Ramazan ayının ikinci günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 26-da Bakıda imsak saat 04:08, iftar isə saat 19:45-dədir.

Ramazan ayının 2-ci gününün duası:
"Allahummə qərribni fihi ila mərzatik. Və cənnibni fihi min səxətikə və nəqimatik. Və vəffiqni fihi liqiraəti ayatik. Birəhmətikə ya ərhəmər-rahimin".

Tərcüməsi:
"İlahi, məni bu ayda Öz rizana yaxınlaşdır, qəzəbindən və cəzalarından uzaq et. Ey Rəhmlilərin Rəhmlisi, məni bu ayda Öz ayələrini oxumağa müvəffəq et".

Allah orucunuzu qəbul etsin!

Xəbər xətti