Ucnoqta.az
www.ucnoqta.az

Ramazanın 2-ci gününün duası- <font color=red><b>imsak və iftar vaxtı</b></font>

21:06 - 25 Aprel 2020 tarixində dərc olunub.

Sabah Ramazan ayının ikinci günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 26-da Bakıda imsak saat 04:08, iftar isə saat 19:45-dədir.

Ramazan ayının 2-ci gününün duası:
"Allahummə qərribni fihi ila mərzatik. Və cənnibni fihi min səxətikə və nəqimatik. Və vəffiqni fihi liqiraəti ayatik. Birəhmətikə ya ərhəmər-rahimin".

Tərcüməsi:
"İlahi, məni bu ayda Öz rizana yaxınlaşdır, qəzəbindən və cəzalarından uzaq et. Ey Rəhmlilərin Rəhmlisi, məni bu ayda Öz ayələrini oxumağa müvəffəq et".

Allah orucunuzu qəbul etsin!

Müəllif: