Ermənistanda daha iki nəfər koronavirusdan ölüb
11:11 - 14 Aprel 2020 - Xəbər
Ermənistanda daha iki nəfər koronavirusdan ölüb.
“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, ölənlərin orta yaşı 74,8-dir. N.Paşinyan bildirib ki, son sutka ərzində COVID-19-a 28 nəfər yoluxub. Bununla da yoluxanların sayı 1 067-yə, ölənlərin sayı isə 16-ya çatıb.