Ucnoqta.az
www.ucnoqta.az

Ermənistanda daha iki nəfər koronavirusdan ölüb

11:11 - 14 Aprel 2020 tarixində dərc olunub.
Ermənistanda daha iki nəfər koronavirusdan ölüb. “Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, ölənlərin orta yaşı 74,8-dir. N.Paşinyan bildirib ki, son sutka ərzində COVID-19-a 28 nəfər yoluxub. Bununla da yoluxanların sayı 1 067-yə, ölənlərin sayı isə 16-ya çatıb.
Müəllif: