Azərbaycanda yoluxma riski böyük olan ərazilər AÇIQLANIB

“Böyük şəhərlərdə və ünsiyyətin sıx olduğu yerlərdə koronavirusa yoluxma riski böyükdür”.

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib. Onun sözlərinə görə, Bakı ilə yanaşı Sumqayıt və Gəncə şəhərləri daha riskli ərazilərdir: “Ona görə də böyük şəhərlərdə olan insanın üzərinə daha ciddi məsuliyyət düşür”.

TƏBİB sədri vurğulayıb ki, insanlar növbəlilik mədəniyyətini formalaşdırmalıdır.
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov əlavə edib ki, elə bir region yoxdur ki, onu xüsusi qeyd edək: “Bakı bir az fərqlidir, çünki paytaxtda yaşayanların sayı çoxluq təşkil edir. Bəzən dezinformasiya yayılır ki, hansısa bölgədə yoluxma sayı çoxdur. Belə informasiyalara inanılmasın. Bu gün ölkədə qırmızı zona elan edilən xüsusi zona yoxdur”.///report

Tarix
8 Aprel 2020 [18:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-04-08 18:57:52
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Xüsusi karantin rejiminə əməl edirsiniz?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin