Azərbaycanlı ekstrasens koronavirusun yox olacağı tarixi AÇIQLADI

18:02 - 8 Aprel 2020 - Xəbər

Ekstrasens Hasan Hasrat: “Dünyada bəzi xəstəliklər özünü göstərəcək”

“2020-ci il sıfırdan başlanan bir ildir. Çünki 2 ilə 2-ni çıxdıqda 0 qalır. Buna görə də 2020-ci il hər şeyin sıfırlanması ilidir. Türkiyə mediasına açıqlama verərkən söyləmişdim ki, ilk 6 ay çətin olacaq. Göründüyü kimi dediklərim öz əksini tapır”. Bu sözləri “Ucnoqta.az”a açıqlmasında ekstrasens Hasan Hasrat söyləyib.

O, eyni zamanda dünyanı cənginə alan koronavirusu barəsində də fikirlər səsləndirib:
Koronavirusu haqqında onu deyə bilərəm ki, ilin 6 ayında bu virus özünü göstərəcək, iyun ayının sonlarına yaxın bu virus yox olacaq. Bu 6 ay içində dünyada bəzi xəstəliklər də özünü göstərəcək. Lakin 6 ayın yekununda hər şey düzələcək. Məhz həmin ayın sonunda dünya əvvəlki axarına geri dönəcək. Ancaq dünyada iqtidasi zəiflik özünü göstərəcək. Bu virus olmamışdan öncəki açıqlamamda da demişdim ki, dünyada iqtisadi çətinliklər özünü biruzə verəcək.

Əslində, bu bəla Allahın insanlara cavabıdır ki, artıq pislik etməkdən çəkinin. Fikir versəniz, görərsiniz ki, hər kəsin evdə qalması təbiətin yenidən oyanışının bir işarəsidir.
Hasan Hasrat onu da əlavə etdi ki, məhz yay aylarınadək koronavirusun vaksini tapılacaq. Daha dəqiq 6-cı ayın sonuna qədər vaksin tapılacaq və bu bəla dünyanın başı üzərindən çəkiləcək.

“Ölkəmizi virusla bağlı hansı dərəcədə təhlükə gözləyir?” sualına isə ekstrasens cavab olaraq söylədi ki, bu virus ölkəmiz üçün kütləvi xarakter halında özünü göstərməyəcək. İnsanlar tələb olunan karantin müddətinə və gigiyenik qaydalara ciddi əməl etsələr, virus Azərbaycandan tezliklə yan keçəcək. Hasan Hasrat onu da əlavə etdi ki, kütləvi insan ölümü o ölkələrdə baş verir və iyun ayına qədər baş verməkdə davam edəcək ki, onlar Allahdan və dini rituallardan uzaqdırlar.

Sonda ekstrasens insanları Allaha sığınmağa, tələb olunan qayda və qanunlara riayət etməyə səslədi. Onu da söylədi ki, hər kəs dünyaya öz pəncərəsindən baxar. Dünyaya gözəl baxmalıyıq ki, gözəl şeylərlə də qarşılaşaq. Həzrəti Məhəmməd deyirdi ki, hər kəsin niyyəti nədirsə, onu də əldə edəcək. Ona görə də pozitiv olaq, yaxşı fikirlərə köklənək.

Qeyd edək ki, Hasan Hasrat hələ aylar öncə Türkiyənin demokrathaber.org saytına verdiyi müsahibəsində də qeyd etmişdi ki, 2020-ci ilin ilk 6 ayı çətinliklərlə keçsə də, lakin ilin sonuna doğru insanlar yenidən bir araya gəlib gözəl işlər ortaya qoyacaqlar. Yəni ilin son aylarında dünyada əmin-amanlıq yenidən özünü göstərəcək.

Rövşən Tahir

Xəbər xətti