TƏBİB qan donorlarına çağırış edib

"Milli Hematologiya və Transfuziologiya Mərkəzində (Talassemiya Mərkəzi) qan təchizatı və təminatı ilə bağlı heç bir problem yoxdur". 

Ucnoqta.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib. Məlumata əsasən, qan təminatı ötən aylarda olduğu kimi aparılır: "Pandemiya dövründə qan vermək təhlükəsizdir. Bununla bağlı TƏBİB tərəfindən mütəmadi paylaşımlar, eləcə də çağırışlar da ediləcək. Başa düşməliyik ki, donorluq daimi ehtiyac, təcili və təxirə salınmaz məqamdır. Buna görə də vətəndaşlara müraciət edirik ki, karantin rejiminin qaydalarını pozmamaq şərti ilə Mərkəzi Qan Bankına gələrək donorluq etməyə davam etsinlər. Qan Bankları 24 saat açıqdır, sterilliyi və təhlükəsizliyi təmin etmək üçün xüsusi tədbirlər görülür”.

Məlumatda qeyd olunub ki, qan bağışlamaq təhlükəsiz bir prosesdir, insanlar donor olmaqdan çəkinməməlidir: “Donorlarımızın və tibb işçilərimizin təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər həyata keçiririk. Qan çatışmazlığı həyatları qandan asılı olan hemotoloji xəstələrin, təcili əməliyyata ehtiyacı olan şəxslərin, avtomobil qəzaları və digər fövqəladə halların qurbanlarının həyatda qalmalarına mənfi təsir göstərə bilər.

Məhdudiyyət yalnız vacib olmayan səyahət, restoran, klub və və teatr kimi yerləri əhatə edir. Qanvermə isə zəruridir. Donor olmağınıza ehtiyacımız var”.

Tarix
7 Aprel 2020 [15:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-04-07 15:40:44
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Xüsusi karantin rejiminə əməl edirsiniz?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin