Millət vəkili qarət olunmasından DANIŞDI

20:01 - 5 Aprel 2020 - Xəbər

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Türkiyədə qarət olunması ilə bağlı yayılan məlumata aydınlıq gətirib.

Ucnoqta.az xəbər verir ki, Fəzail Ağamalı APA-ya açıqlamasında bildirib ki, hadisə 2019-cu ilin iyul ayında baş verib. O qeyd edib ki, hadisə ilə bağlı həmin vaxt polisə müraciət edib:

"Qızım və nəvəmlə Türkiyədə idik. Hadisə qızım və nəvəmin başına gəlib. Belə ki, onlar taksi ilə Beşiktaşa gediblər. Taksi sürücüsü onlardan artıq pul alıb. Biz bunu bildikdən sonra polisə müraciət etdik. Polis dərhal hərəkətə keçdi. Bizim təqdim etdiyimiz taksinin tanınma nişanı ilə araşdırma aparıldı. Qısa zaman kəsiyində həmin şəxs saxlanıldı və polis idarəsinə gətirildi. Biz sürücünü tanıdıq və pulumuz bir neçə saata bizə geri qaytarıldı. Bununla biz özümüz üçün məsələni bitmiş hesab etdik və ölkəyə qayıtdıq. Ancaq Biz rəsmi müraciət etdiyimiz üçün Türkiyənin qanunvericiliyinə uyğun şəkildə polis sürücüyə qarşı cinayət işi açdı və həmin şəxs istintaqa cəlb edildi. Bu da Türkiyənin hüquqi dövlət olduğunu bir daha ortaya qoyur. Doğrusu, İstintaqın gedişi ilə sonradan maraqlanmadıq".

Qeyd edək ki, bu gün Türkiyənin "Sabah" qəzeti millət vəkili Fəzail Ağamalının İstanbulda qarət olunması ilə bağlı xəbər yayıb.

Xəbər xətti