Çində koronavirusdan üç nəfər ölüb

08:36 - 5 Aprel 2020 - DÜNYA

Çində son sutka ərzində yeni növ koronavirusa yoluxanların sayı 30 nəfər artıb, bunlardan 25-i “gətirilmiş” hallardır. “Report” TASS-a istinadən xəbər verir ki, Çinin Səhiyyə İşləri Dövlət Komitəsindən ölənlərin sayının 3 nəfər artaraq 213-ə çatdığı bildirilib. Bütün ölüm halları Hubey vilayətində qeydə alınıb. Lakin, vilayətdə son sutka ərzində yoluxma hadisəsi qeydə alınmayıb. Aprelin 1-dən etibarən, Milli Statistika Komitəsi koronavirusa yoluxsa da virusun simptomları və yaratdığı xəstəlik olmayan 1 024 nəfəri qeydə alıb. Son məlumatlara görə, yoluxmuş insanlarla yaxın təmasda olan 17,4mindən çox insan həkimlərinin nəzarəti altındadır.  Ölkədə 107 nəfər karantində olsa da 295 nəfərin vəziyyəti ağırdır. Qeyd olunub ki, Çində virusa yoluxanların ümumi sayı 81 669 nəfərə çatıb, 3 329 ölüm hadisəsi qeydə alınıb.

Xəbər xətti