KİVDF-yə yeni icraçı direktor təyin olundu- Sərəncam

17:05 - 4 Aprel 2020 - Xəbər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əhməd İsmayılovun Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Əhməd Məhəmməd oğlu İsmayılov Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru təyin edilsin.

Xəbər xətti