"icaze.e-gov.az" vasitəsilə 158 170 nəfərin icazəsi təsdiqlənib

11:18 - 4 Aprel 2020 - Xəbər

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi xüsusi karantin rejimində hərəkətinə icazə verilməsi üçün "icaze.e-gov.az” portalı vasitəsilə qeydiyyatdan keçən dövlət qurumları və özəl təşkilatların əməkdaşlarının sayını açıqlayıb.

Ucnoqta.az Agentliyə istinadla xəbər verir ki, bu vaxta qədər 158 170 nəfərin icazəsi təsdiqlənib. İcazəsi təsdiqlənən həmin şəxslər 11 986 qurumu təmsil edir.

Xəbər xətti