Politoloq: “Ermənilər layiqli cavablarını mütləq alacaqlar”

17:45 - 2 Aprel 2020 - SİYASƏT

Əlabbas Məhərrəmli: “Azərbaycan ictimaiyyəti bu hadisəni pisləyir, beynəlxalq təşkilatlardan məsələyə haqlı mövqe bildirmələrini tələb edir”

“Separatçı erməni yenə xislətinə sadiq qalaraq Azərbaycan ərazisində cirkin işlərindən əl cəkmir. Qarabağda "seçki" oyunlarının 31 Mart soyqırım gününə təsadüf etməsi nə qədər çirkin, hiyləgər olduğunu göstərən amildir”.
“Üç nöqtə” xəbər verir ki, bunu politoloq Əlabbas Məhərrəmli mövcud vəziyyətlə bağlı açıqlamasında deyib.

“Azərbaycan ictimaiyyəti bu hadisəni pisləyir, beynəlxalq təşkilatlardan məsələyə haqlı mövqe bildirmələrini tələb edir.  Tarix onu göstərir ki, koronovirus olmasaydı belə, dünya birliyi bu məsələdə birmənali mövqe bildirməyəcəkdi. Bəllidir ki, dünya gücləri- ABŞ, Fransa, Rusiya ATƏT çərçivəsində məsələnin həlli ücün Minsk qurupunu yaradıblar. Amma Azərbaycana qarşı mövqelərində ədalətli deyillər”. Politoloq bildirib ki, ermənilər layiqli cavablarını mütləq alacaqlar.

“Buna hec kəsin şübhəsi olmasın. Dünya pandamiya ilə  mübarizə aparır .O, cümlədən Azərbaycan. İnşəAllah bu mübarizədən üzüag çıxandan sonra Qarabağ işğqalının həlli yolunda səylərimiz daha da sürətlənəcək” -deyə politoloq ədalətin bərqərar olunması üçün güclü birlik nümayiş etdirməyi vacib amil sayıb.

Tahirə

Xəbər xətti