Bakıda aptekdə satıcıya qarşı soyğunçuluq edən şəxs tutulub

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ötən ilin dekabrında rayon ərazisində apteklərdən birində satıcı işləyən qadına qarşı törədilən soyğunçuluq hadisəsinin üstü açılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, həmin vaxt naməlum şəxs aptekə dərman almaq adı ilə daxil olaraq zərərçəkənin “LG” markalı mobil telefonunu götürüb hadisə yerindən yayınıb.

Tədbir zamanı həmin cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Məmməd Məmmədov tutulub. O, telefonu ələ keçirəndən sonra 35 manata metronun 20 Yanvar stansiyasının yaxınlığında tanımadığı şəxsə satdığını bildirib.

Faktlarla bağlı saxlanılan şəxslər barəsində 5-ci Polis Bölməsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Gördüyünüz bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Biinəqədi RPİ və ya 5-ci Polis Bölməsinə müraciət edə bilərlər.///Apa

Tarix
2 Aprel 2020 [12:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-04-02 12:31:30
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Xüsusi karantin rejiminə əməl edirsiniz?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin