“NASA” Yer planetinə yaxınlaşan asteroidi məhv edəcək

08:47 - 2 Aprel 2020 - DÜNYA

“NASA” planetimizə yaxınlaşan asteroidə kinetik zərbə vuraraq onun istiqamətini dəyişdirmək istədiyini bəyan edib. “Oreadna” xəbər verir ki, məlumatda bəşəriyyətin hal-hazırda koronavirusla mübarizə aparmasına baxmayaraq, başqa təhlükələrin də olduğu qeyd edilir. Xüsusi missiya “Didymos 8” asteroidinə kinetik zərbə vurmağa çalışacaq. Qeyd edək ki, hal-hazırda səma cismi planetimiz üçün təhlükə törədmir. ///oxu.az

Xəbər xətti