BMT-nin doqquz əməkdaşı koronavirusa yoluxub

Cenevrədə BMT-nin doqquz əməkdaşında COVİD-19 virusunun aşkarlanması təsdiqlənib.

Bu barədə təşkilatın Cenevrə Qərargahının rəsmi nümayəndəsi Alessandra Veluççi xəbər verib. A.Veluççinin sözlərinə görə, söhbət BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, həmçinin Millətlər Sarayında yerləşən Cenevrə Baş Qərargahının əməkdaşlarından gedir.

Nümayəndə BMT-nin "İsveçrə hökuməti və Ümumdünya Səhiyyə Təşkilatı ilə koronavirusun qarşısının alınması və hazırlıq tədbirlərinə dair sıx əməkdaşlıq etdiyini" bildirib.///trend

Tarix
31 Mart 2020 [23:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-03-31 23:51:06
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Xüsusi karantin rejiminə əməl edirsiniz?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin