Bakıda itkin düşən oğlan tapıldı

18:53 - 31 Mart 2020 - HADİSƏ

Bakıda itkin düşən 24 yaşlı gənc tapılıb.

Martın 17-də Sabunçu rayonu, B.Dadaşov küçəsində yaşayan, 1996-cı il təvəllüdlü T.Məmmədovun itkin düşməsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis bölməsinə müraciət daxil olub.
Ailə üzvlərinin müraciəti əsasında Sabunçu RPİ 12-ci Polis bölməsinin əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

24 yaşlı T.Məmmədov tapılaraq, ailə üzvlərinə təhvil verilib.///oxu.az

Xəbər xətti