Koronavirusun yeni qurbanları - UŞAQLAR

İran, Belçika və Avstraliyada uşaqlarda koronavirusa yoluxma aşkarlanıb, bunlardan biri ölümlə nəticələnib.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

İranın Məşhəd şəhərində yeni doğulan körpənin COVID-19-a yoluxduğu aşkarlanıb. 900 qram çəkidə olan uşaq hazırda “İmam Rza” xəstəxanasına yerləşdirilib. Məlumata görə, dünyaya gəldikdən sonra ilk 24 saatda uşaq nəfəs almaqda çətinlik çəkib. 

Avstraliyanın Viktoriya şəhərində beş uşaqda koronavirus aşkarlanıb. Onlar evdə təcrid vəziyyətdə olmalarına baxmayaraq, COVID-19-a yoluxublar. Hadisə ilə əlaqədar araşdırmalara başlanılıb.

Belçikada isə koronavirusa yoluxan 12 yaşlı qız üç gün qızdırmadan sonra həyatını itirib.

Bundan əvvəl Fransada 16, Portuqaliyada 14 yaşında iki uşaq COVID-19-a yoluxduqdan sonra ölmüşdü.

 

Tarix
31 Mart 2020 [18:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-03-31 18:09:20
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Xüsusi karantin rejiminə əməl edirsiniz?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin