Neftçala bələdiyyəsinin sədrinə cinayət işi açılıb

Neftçala bələdiyyəsinin fəaliyyətinin araşdırılması zamanı 1,34 ha torpaq sahəsinin real qiymətindən ucuz satılması müəyyən edilib.

Bu barədə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzədə (2019-cu il üzrə) qeyd edilib.

Bildirilib ki, bununla da bələdiyyə büdcəsinə 117, 922 manat ziyan vurulması, müvafiq təsdiqləyici sənədlər olmadan təmir-abadlıq işlərinin görülməsinə bələdiyyə büdcəsindən 13,103 manat vəsaitin silinməsi müəyyən edilib. Həmçinin səlahiyyətli olmadığı halda bələdiyyə sədri tərəfindən qərarlar qəbul edilməsi faktları üzrə Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanılıb./report

 

Tarix
31 Mart 2020 [17:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-03-31 17:53:40
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Xüsusi karantin rejiminə əməl edirsiniz?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin