Cəlilabadda mənzildən 80 min manata yaxın pul və qızıl oğurlanıb

13:06 - 31 Mart 2020 - HADİSƏ

Cəlilabad rayonunda mənzildən 70 min manatdan çox pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayon polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1.200.000 rubl (31.800 manat), 19.500 ABŞ dolları (33.150 manat) və 15.000 manat, habelə qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.İbayev saxlanılıb.

Xəbər xətti