Gürcüstanda koronavirusa yoluxan azərbaycanlı qadının vəziyyəti yaxşılaşıb

13:00 - 31 Mart 2020 - Xəbər

Gürcüstanda koronavirus diaqnozu qoyulan 62 yaşlı Mareuli sakininin vəziyyəti yaxşılaşıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi Dövlət Tibb Universitetinin 1 saylı klinikasının direktoru Levan Ratiani bildirib.
Onun sözlərinə görə, kritik vəziyyətdə olan pasiyent artıq özünə gəlib: “O, ünsiyyətə girir. Pasiyenti yaxın günlərdə süni tənəffüs aparatından ayıracağıq”.

Xəbər xətti