"Evdə qal" dedi, ailəsini gəzintiyə çıxardı - FOTO

İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu koronavirus təhlükəsinə rəğmən evindən ailəsi ilə birgə çölə çıxıb. 

Portuqaliyalı hücumçu və həyat yoldaşı Corcina Rodriges Madeyrada övladlarını gəzintiyə çıxarıblar.  Lakin onlar bar, kafe və restoranların bağlı olması səbəbindən yemək yeyə bilməyiblər. Üstəlik, Gəzinti zamanı bir fanat onlara yaxınlaşmaq istəyib.

Bu zaman Rodriges kapüşonu ilə üzünü gizlətməyə çalışıb. Ronaldu daha əvvəl insanları evdə qalmağa və onları həyatda saxlamaq üçün mübarizə aparan həkimlərə kömək etməyə çağırıb.
Hazırda Portuqaliyada karantin rejimi tətbiq olunmayıb. İnsanlara evlərini tərk edə bilmələri üçün könüllü özünütədric imkanları yaradılıb. İndiyədək bu ölkədə koronavirusa 6408 yoluxma halı qeydə alınıb və 140 nəfər ölüb.

Qeyd edək ki, Kriştianu Ronaldu daha əvvəl Portuqaliya xəstəxanalarına ağ ciyərlər üçün 5 ədəd süni nəfəs aparatı bağışlayıb. ///report

Tarix
31 Mart 2020 [11:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-03-31 11:04:04
Foto
Video
Çox oxunanlar
Sorğu
Xüsusi karantin rejiminə əməl edirsiniz?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin