Qaz kəmərində GÜCLÜ PARTLAYIŞ - VİDEO

09:57 - 31 Mart 2020 - DÜNYA

Bu gün səhər 06:00 radələrində İrandan gələn Türkiyə-İran qaz boru xəttində partlayış baş verib.
Ucnoqta.az Türkiyə mediasına istinadən xəbər verir ki,  Doğubeyazıt rayonunda Gürbulak Sərhəd Qapısında İrandan gələn Türkiyə-İran qaz boru xəttində baş verən partlayış zamanı alovun hündürlüyü 40 metrə qədər yüksəlib. Yanğın ətraf kəndlərdən də göründü. Ətrafdakı kəndlərin sakinləri partlayışın təsirindən qorxuya düşüb. Hadisə yerinə yanğınsöndürənlər, mülki müdafiə və təhlükəsizlik qüvvələri cəlb olunub.

Yanğının səbəbi araşdırılır.

Xəbər xətti