Elektrik enerjisi limiti artırıla bilər - Nazir

“Əhalinin elektrik enerjisinin kommunal limitinin artırılması proqramı da təkliflər arasındadır”.

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov AZTV-nin “Hədəf” proqramında dilə gətirib. Onun sözlərinə görə, bunun da məntiqi sadədir:
“Biz bilirik ki, karantinin şərtlərindən, tələblərindən biri ondan ibarətdir ki, insanlar daha çox vaxtlarını evlərində keçirsinlər. Bu da, təbii olaraq, elektrik enerjisinin istehlakının artmasına gətirib çıxarır.

Xüsusən limitdən istifadə edən əhalinin həssas qrupları üçün bu nəzərə alınır.
Bu iş, əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir”.///oxu.az

Tarix
30 Mart 2020 [23:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-03-30 23:05:34
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Xüsusi karantin rejiminə əməl edirsiniz?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin