Səhiyyə Nazirliyi: Daxili yoluxma hallarının qarşısını almaqda çətinlik çəkirik

19:00 - 30 Mart 2020 - Xəbər

“Təəssüf ki, hələ də insanlar koronavirus təhlükəsini dərk edə bilmir. Halbuki xəbərimiz olmadan bu virusun daşıyıcısı ola bilərik”.

Bunu Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib.
"Əfsuslar olsun ki, daxili yoluxma hallarının qarşısını almaqda çətinlik çəkirik. Ona görə də məcburi şəkildə xüsusi karantin rejimi tətbiq olundu. Çünki insanlar əvvəl bu məsələyə ciddi yanaşmırdı. Məsələn, kimsə darıxıb evə qonaq çağırır. Halbuki insanlarla təmasda olmaq təhlükəlidir”, - o qeyd edib.  ///report

Xəbər xətti