Türkiyə XİN-dən beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞ: "Qarabağdakı “seçkiləri” tanımayın

14:27 - 30 Mart 2020 - Xəbər

Türkiyə beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağda keçiriləcək qondarma "prezident və parlament seçkilərini" tanımamağa çağırıb.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Bu addım BMT Təhlükəsizlik Şurasının qərarları və ATƏT-in prinsipləri daxil olmaqla hüququn açıq şəkildə pozulmasıdır. ATƏT-in Minsk qrupu daxil olmaqla, beynəlxalq ictimaiyyəti bu "seçkiləri" tanımamağa çağırırıq. Türkiyə Azərbaycanın suverenlik və ərazi bütövlüyünü pozacaq bu qeyri-legitim seçkiləri tanımır”.///report

Xəbər xətti