Ucnoqta.az
www.ucnoqta.az

Türkiyə XİN-dən beynəlxalq ictimaiyyətə <font color=red><b>ÇAĞIRIŞ: "Qarabağdakı “seçkiləri” tanımayın</b></font>

14:27 - 30 Mart 2020 tarixində dərc olunub.

Türkiyə beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağda keçiriləcək qondarma "prezident və parlament seçkilərini" tanımamağa çağırıb.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Bu addım BMT Təhlükəsizlik Şurasının qərarları və ATƏT-in prinsipləri daxil olmaqla hüququn açıq şəkildə pozulmasıdır. ATƏT-in Minsk qrupu daxil olmaqla, beynəlxalq ictimaiyyəti bu "seçkiləri" tanımamağa çağırırıq. Türkiyə Azərbaycanın suverenlik və ərazi bütövlüyünü pozacaq bu qeyri-legitim seçkiləri tanımır”.///report

Müəllif: