Siyavuş Novruzov: Hərbi xidmətə çağırış ildə iki dəfə olmalıdır

Azərbaycanda “Alternativ hərbi xidmət haqqında” qanunun müzakirəsi üzərində düşünməyi vacib hesab edirəm.

Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

S.Novruzov, həmçinin ildə iki dəfə hərbi çağırış olmasının tərəfdarı olduğunu bildirib:
“Hazırda müddətli hərbi qulluqçuların orduda xüsusi çəkisi 27 %-dir. Həm də indi hərbi xidmətə gedənlərin əksəriyyəti könüllüdür. Buna görə də ildə iki dəfə çağırış olmalıdır”.

S.Novruzov, eyni zamanda iki usağı olanları hərbi xidmətdən azad edilməsini təklif edib: “Hərbi səfərbərlik və çağırış haqqında” qanuna əsasən, üç uşağı olan hərbi xidmətə çağırılmır. Yəni möhlət verilir. Əvvəllər bu iki uşaq idi, biz onu üçə qaldırdıq. Amma iki uşağı saxlamaq da qəhrəmanlıqdır. Çünki evdə iki uşağı olan şəxsin fikri ailəsində olacaq”./trend

 

Tarix
30 Mart 2020 [11:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-03-30 11:57:01
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Xüsusi karantin rejiminə əməl edirsiniz?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin