Vətəndaşlara pul yardımı ediləcək?- AÇIQLAMA

20:40 - 29 Mart 2020 - Xəbər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaşlara minimum əməkhaqqı məbləğində yardım edilməsi ilə bağlı mətbuatda yayılan xəbərlərə aydınlıq gətirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Məşğulluq və sosial məsələlərlə bağlı İşçi Qrup vətəndaşların sosial müdafiəsi ilə bağlı təkliflər hazırlayıb:
"Hazırda həmin təkliflərə baxılır və yaxın günlərdə ictimaiyyətə ətraflı məlumat veriləcək"- deyə Nazirliyin sözçüsü qeyd edib.

Qeyd edək ki, "Modern.az" saytı yaxın günlərdə minimum əməkhaqqı (250 manat) məbləğində vətəndaşlara vəsait ayrılacağı barədə xəbər yaymışdı.

Xəbər xətti